İş axtaranların nəzərinə: Bu cümlələrdən qaçın

İş axtaranların nəzərinə: Bu cümlələrdən qaçın

Məşhur “Buzzfeed” portalı iş görüşməsi zamanı qətiyyən işlədilməyəcək cümlələrdən ibarət yazı hazırlayıb.

1. Üzr istəyirəm, tıxac var idi

İş görüşməsi zamanı belə cümlə işlətmək, demək olar ki, “yox” cavabı almağa bərabərdir. Çünki sizi işə götürən şəxs ilk görüşə gecikdiyinizə görə hər gün gecikəcəyinizi düşünəcək.

2. Elə bildim ki, sizdə bunun başqa nüsxəsi var

Bəzi işə götürən şəxslər sizdən tərcümeyi-hal, ya da CV tələb edə bilər. Buna görə də özünüzlə 2 ədəd cv və ya tərcümeyi-hal aparmağınız məsləhətlidir.

3. Qələminiz var?

Görüşə getməzdən əvvəl çantanıza 2 ədəd qələm qoymağınız tövsiyə olunur.

4. Gözləyin, telefonumu söndürüm

İş görüşməsi zamanı işlədiləcək ən uğursuz cümlələrdən biri də, “gözləyin telefonumu söndürüm” ifadəsidir. İş adamlarının 1-2 dəqiqə ərzində qərarlar verdiyini nəzərə alsaq, sizin bu ifadəniz onun fikrindən daşınmasına səbəb ola bilər.

5. Əslində, o qədər də əmin deyiləm

Unutmayın ki, rəhbərlər özündən əmin olmayan biri ilə işləmək istəməz.

6. Siz işə necə qəbul olmusunuz?

İşə götürən şəxslər özəl suallara cavab verməkdən qaçarlar

7. Axırıncı işlədiyim şirkətin müdiri çox da yaxşı insan deyildi

Bu ifadə ən uğursuz ifadə hesab olunur. Çünki həmin şəxs sizin qeybətcil olduğunuzu və gələcəkdə onun da haqqında belə danışacağınızı düşünür.

8. Neçə gün məzuniyyət olacaq?

Bu tip sulları işə qəbul olunduqdan sonra vermək daha məqsədəuyğundur.

9. Evlənmişəm, işə ehtiyacım var

İşə götürən şəxslər, ümumiyyətlə, şəxsi həyatınızla bağlı deyil, iş həyatınız haqqında danışmağınızı istəyirlər. Onlar üçün ilk sırada işə girmək istədiyiniz şirkət və mövqeyiniz üçün nə qədər istəkli olduğunuzu görmək gəlir. Buna görə fərdi problemlərinizi kənara qoyun və işi nə qədər istədiyinizi izah edin.

10. “Hər şeyi soruşdum” cavabı

Görüşün sonunda “Soruşmaq istədiyiniz, maraqlandığınız bir şey var mı?” sualına “Hər şeyi soruşdum”, – deyə cavab verməniz qarşınızdakı şəxs üçün yetərli olmaya bilər. Buna görə də iş görüşmələrinə ən az üç əvvəlcədən hazırlanmış sualla gedin.


Mənbə: feed.az