İntervyu zamanı 4 qızıl qayda

İntervyu zamanı 4 qızıl qayda

Iş müsahibəsinə gedərkən etməli olduğunuz ən vacib iş, müsahibə götürəni yaxşı mənada şoka salmaqdan ibarətdir. Buna nail olmaqdan ötrü bir neçə nüansdan uzaq dursanız yaxşı olar.

Tanınmış HR menecer John Kirschner öz Linkedin postunda intervyu zamanı qaçmalı olduğumuz 10 məqamı açıqlayıb. Onlardan 4 ən vacibini diqqətinizə çatdırırıq.

Müsahibə götürənə suallarınızın olmaması yaxşı hal deyil. Peşəkar sual verməkdən çəkinməyin. Unutmayın ki, əslində siz də onları sorğu-sual edirsiniz. Daha çox sual verməklə siz- iş, şirkət, menecer və iş mühiti barəsində daha çox məlumat edə bilərsiniz.

Aşağıdakı tipli suallar, sizin haqqınızda müsbət fikirlər oyada bilər.

  • Işləyəcəyim komanda haqqında daha ətraflı məlumat verə bilərsinizmi?
  • Növbəti 3 il ərzində, bu vəzifə üzrə hansısa irəliləyiş gözlənilir?
  • Bu mövqe üçün mənim barəmdə hansı gözləntiləriniz və ya şübhələriniz var?

Göz kontaktından çəkinməyin. Sualları cavablandıran zaman mızıldanmamağa çalışın. Intervyunun qızıl qaydası ondan ibarətdir ki, danışığın böyük hissəsi işəgötürən tərəfindən idarə olunur. Yəni söhbətin 60%-da dinləyici, 40%-da isə spiker olursunuz.

Heç vaxt kompensasiya, əlavə mənfəət və məzuniyyət vaxtı barədə suallar verməyin.Bu zaman onlar sizin ancaq maaş barəsində fikirləşdiyinizi düşünər və işə başladıqdan sonra yaxşı maaş təklif edən iş üçün dərhal öz iş yerinizi ata biləcəyinizi düşünə bilərlər.

Hazırda işlədiyiniz şirkət haqqında əsla mənfi fikirlər söyləməyin. Öz şirkətinizi və ya menecerinizi tənqid etməyiniz yaxşı hal kimi qiymətləndirilmir. Əgər siz belə etsəniz, onda işəgötürən fikirləşəcək ki, siz işçilərlə yola gedə bilmirsiniz və səlahiyyətlərlə bağlı probleminiz var.


Mənbə: cvcenter.az