İnsanın iş qabiliyyəti haqqında maraqlı faktlar

İnsanın iş qabiliyyəti haqqında maraqlı faktlar

– Səhər 06:00 – 07:00-ə qədər insanın uzun müddətli yaddaşının ən yaxşı fəaliyyət göstərdiyi dövrdür. Bu müddət ərzində əldə edilən məlumatlar asanlıqla yadda qalır;

– Saat 08:00 – 09:00-a qədər məntiqi düşüncə işə düşür. Bu yadda saxlama və analitika ilə məşğul olmaq üçün ideal vaxt hesab olunur;

– Saat 09:00 – 10:00-a qədər məlumat və statistika ilə məşğul olmaq üçün ən optimal zamandır;

– Saat 11:00 – 12:00-ə qədər intellektual funksiyaların effektivliyi enir və iş şəraitində diqqəti işdən əlavə məsələlərə yönəltmək məsləhət görülür;

– Saat 11:00 – 14:00-a qədər nahar üçün ən uyğun zamandır. Çünki bu vaxt aralığında həzm sistemi daha yaxşı işləyir;

– 12:00 – 18:00 vaxt aralığı işləmək fəal işləmək üçün ən ideal zaman kəsiyidir;

– 21:00 – 23:00 vaxt aralığında beyin və sinir sistemi dincəldiyi zamandır;

– 23:00 – 01:00-a qədər yuxu ərzində insanın potensial enerjisi bərpa olunma prosesi gedir;

– 01:00 – 03:00-ə qədər insan emosional enerjisini bərpa edir.