İlin sonunda hər kəs tərəfindən səbirsizliklə gözlənilən 10 film

1. Arrival

 Arrival

Elmi-fantastika janrı son illərdə izləyicilərin ən çox maraq göstərdiyi mövzuların ilk sırasında durur. Bəhsi gedən film də məhz bu janrdadır. Yadplanetlilərin də mövzunun əsasında durduğu bu filmdə baş rolu məşhur aktrisa Amy Adams ifa edir.

2. Fantastic Beasts and Where to Find Them

Fantastic Beasts and Where to Find Them

Bu film də Harry Potter qədər böyük səbrsizliklə hər kəs tərəfindən gözlənilir. Joan Roulingin ssenaristi olduğu film ən tez bir zamanda - 17 noyabr tarixində baş tutacaq premyera ilə izləyicilərin öhdəsinə veriləcək.

3. Allied

Allied

Amerikalı kişi və fransız qadın - bu artıq illərdir bir çox filmlərə mövzu olan bir əhvalatın başlanğıcıdır. İki superulduzun baş rollarını ifa etdi8yi film sevgi və ağır tarixi hadisələrin təsirini özündə əks etdirir.

4. Underworld: Blood Wars

Underworld: Blood Wars

Əgər qorxulu və döyüş səhnəsi çox olan filmləri sevirsinizsə, əsrarəngiz Keyt Bekinseylin baş rolunu ifa etdiyi bu film ürəyinizcə olacaq.

5. Assassin’s Creed

Assassin’s Creed

Məşhur kompüter oyunları seriyası Assassin’s Creed-in motivləri əsasında çəkilmiş elmi-fantastika filmi. Premyerası 14 dekabr üçün gözlənilir.

6. Collateral Beauty

Collateral Beauty

Şəxsi həyatında ciddi travma keçirib, həyata inamını itirən bir kişinin başına gələnlər filmin əsas mövzusu olaraq götürülüb. Bir çox məşhur adların rol aldığı filmin premyerası 15 dekabr üçün planlaşdırılıb.

7. Rogue One: A Star Wars Story

Rogue One: A Star Wars Story

Məşhur film, məşhur ssenari və milyonlarla izləyici. Filmin premyerası 16 dekabra planlaşdırılır.

8. Passengers

Passengers

Kosmik gəmi sərnişinlərinin yeni evi olacaq planetə doğru gedir. Yol 90 illik olduğu üçün bütün sərnişinlər yatızdırılıb, daha doğrusu anabioz halındadırlar. Lakin onlardan ikisi qəfildən oyanır və hər şey bundan sonra başlayır. Filmin premyerası 21 dekabrda gözlənilir.

9. Fences

Fences

Baş verən uğursuz hadisələrin çənbərindən çıxıb, küçələri süpürməklə dolanmağa çalışan beyzbolçunun həyatından bəhs edir. Rasizm və cəmiyyətdə olan qeyri-bərabərliklə mübarizə aparan baş qəhrəmanın yaşadıqlarını izləmək maraqlı olacaq.

10. Gold..

Gold..

Film real hadisələr əsasında çəkilib. Ən çox gözlənilən filmlərin ilki olduğunu desək, yəqin ki yanılmarıq. İndoneziya meşəliklərindən başlayıb, Uol Strit zallarında davam edən olduqca həyəcanlı hadisələr hər kəsin indidən böyük marağına səbəb olub. 


Mənbə: pahoo.az