Facebook işçiləri nə qədər maaş alır?

Facebook işçiləri nə qədər maaş alır?

Facebookda işləməkdən daha cəlb edici bir texnologiya işi düşünmək çox çətindir. 1,59 milyard aktiv istifadəçi sayı ilə sosial şəbəkə, inanılmaza və təbii liderliyə çatıb.

Şirkət CEO-su Mark Zuckerberg Amerikada ən sevilən rəhbərlərdən biridir: eyni zamanda şirkət COO-su Sheryl Sandberg də ən məşhur rəhbərlərdəndir.
Technote.az-ın Glassdoor-da paylaşılan statistikalara istinadən verdiyi rəqəmlərə əsasən, “Facebook” əgər mühəndissinizsə investor-bankir səviyyəsində pul qazana biləcəyiniz bir yerdir.
Facebookdakı 15 fərqli vəzifə üçün ümumi rəqəmlər – illik maaş və bonus – artan sıralama ilə belədir:

Məhsul Analitiki: $118,864
İstehsal Mühəndisi: $132,534
İstifadəçi Paneli Mühəndisi: $146,708
Data Mühəndisi: $146,949
Şəbəkə Mühəndisi: $160,172
Proqram Təminatı Mühəndisi III: $171,076
Tədqiqatçı Alim: $172,705
Texniki Proqram Müdiri: $175,589
Proqram Təminatı Mühəndisi: $183,397
Data Alimi: $185,743
Məhsul Mühəndisi: $194,907
Proqram Təminatı Mühəndisi IV: $209,988
Yüksək Vəzifəli Proqram Təminatı Mühəndisi: $211,647
Proqram Təminatı Mühəndisi V: $259,349
Mühəndislər Üzrə Rəhbər: $380,861

Əgər siz də bu işlərdən birini istəyirsinizsə, məlumatlar elə göstərir ki, Stanford Universiteti, Kaliforniya Universiteti, Berkeley ya da Austin, Texas Universitetlərindən birinə getməlisiniz.


Mənbə: feed.az