Dolların məzənnəsi 1.71 manatı keçib...

Dolların məzənnəsi 1.71 manatı keçib...

Bakı. 22 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Bu barədə "Report"a AMB-dən bildirilib.

Məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7091 manat məzənnəsi ilə başlayıb və 1,7146 AZN/USD məzənnəsi ilə yekunlaşıb.


Mənbə: Report.az