Dil yalan söyləyə bilər amma bədən deyil

Dil yalan söyləyə bilər amma bədən deyil

İnsan diliylə çox asan bir şəkildə, lakin bədəniylə çətinliklə yalan danışa bilər. İnsan doğru və ya səhv, gözəl ya da çirkin hər ifadəni istifadə edə bilər. Ancaq yalanı bədən dili vasitəsiylə gizlətməyi bacara bilməz. Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün bədən dilini yaxşı bilmək lazımdır. Yalanı anlamaq üçün qarşıdakı adamın davranışlarının yaxşı analiz etmək lazımdır. Bir insanın gözünün içinə baxa baxa yalan danışmaq çox çətindir. Bunu hər kəs edə bilmir. Yalan danışan insan müəyyən bir müddət sonra göz təmasından qaçacaq, səs tonunda hiss ediləbiləcək dərəcədə dəyişiklər olacaq. Dodaqlarda yüngül oynamalar,gülümsəmələr, baş yelləmələri, əl və qol hərəkətləri və göz bəbəklərinin kiçilməsi yalan danışanı ələ verə biləcək faktorlardır. Yalan danışan insanların əlləriylə etdikləri jestlər azalır. Adi halda əl jestləri ifadəni gücləndirmək məqsədiylə edilir. İnsanların əksəriyyəti danışdıqları sözlərin mənasını artırmaq üçün etdiyi əl hərəkətlərinin fərqində deyil. İnsan danışarkən əlini yellədiyini bilir ancaq əllərinin əslində nə məna kəsb etdiyini bilmir. Əllərinin hərəkə etdiyini bilmək, ancaq nə etdiyini tam olaraq bilməmək adamı şübhəyə salır və müdafiə müxanizmi işə düşür və beləcə əllərin hərəkətləri azalır. Və ya insan daxilən yaşadığı ziddiyyət səbəbindən əllərinin özünü ələ verəcəyindən qorxur və əllərini ya cibinə salır, ya üzərinə oturur və ya bir əliylə digərini tutur.

Yalan danışan şəxs danışıq zamanı tez-tez əlini üzünə aparır.Əgər danışıq səmimi deyilsə bu jestin sayı artır. Əl üzə gedən zaman çənəni tutmaq, ağzı örtmək, buruna toxunmaq, gözün altını qaşımaq,qulaq məməsini çəkmək və saçı oynatmaq müşahidə edilə bilər ki, bu da yalanı üzə çıxardan bədən hərəkətləridir.Uşaqlar yalan danışarkən əlləriylə ağızlarını bağlayırlar.

Dil yalan söyləyə bilər amma bədən dili heç vaxt yalan danışa bilməz.

Əl gizlətmək-Bir insanla səmimi olaraq görüşdüyünüz zaman əllərinizi rahatlıqla göstərirsiniz, ovuclarınız yuxarıya doğru açıq olur. Ancaq yalan danışdığınız zaman əllərinizi ya arxanızda gizlədər ya da ciblərinizə qoyarsınız. Yolda gedərkən söhbət əsnasında partnyorunuzun sizdən bir addım arxada getməsi, danışdıqlarından narahat olmasının siqnalı hesab oluna bilər.

Burun qaşıma- Burun qaşıma ağ yalanların klassik işarəsidir. Söhbət etdiyiniz insan sizdən həqiqətləri gizlədəndə gözlərinə,dodaqlarına,qulaqlarına toxunacaqdır. İnsanlar həqiqəti gizlətdiyi zaman əlləri ilə üzlərinə toxunurlar. Bu,bədənlərinin yalana qarşı etiraz formasıdır.

Udqunma- Bədən yalan danışılmasına etiraz edir və boğazın vəzifələrini yerinə yetirməsini məhdudlaşdırır. Danışmaq da çətinləşir. Əgər insan yalan danışırsa kəlmələri səsləndirmək üçün tez-tez udqunur,dodaqlarını yalayır.

Göz hərəkətləri-Yalanı gözdən aşkarlamaq metodu: Qarşınızdakı insana cavabını bildiyiniz sualı verin. Cavabı fikirləşərkən gözlərinin haralara getdiyini diqqətlə izləyin. Hər bir şəxs doğru danışdığı zaman gözlərini həmişə bir istiqamətdə hərəkət, bu da onun bir üsuludur. Qarşınızdakının söhbəti bitirdikdən sonra baxdığı yerləri müşahdə etməklə söylədiklərinin yalan olub olmadığını bilmək olar.

Öskürmək- Əgər söhbət etdiyiniz şəxsdən harada olduğunu soruşsanız və o da öskürməyə başlasa bu yaxşı işarə deyil. Yalandan öskürmək klassk aldatma metodudur. Bədən yalana qarşı çıxmağa çalışır. Öskürmək hekayə uydurmaq üçün zaman qazanmaq şansını artırır.

Sürətli danışmaq- İnsan nə qədər sürətli danışırsa yalan danışdığından şübhələnmək olar. İnsanlar elə düşünürlər ki,sürətli danışsalar yalanları ortaya çıxmayacaq.Nəfəs almaq- Qeyd etmək lazımdırkı yalan danışan adam rahat nəfəs ala bilmir.Bu halda insanlar qarınlarıyla deyil,sinələriylə nəfəs alırlar.


Mənbə: cvcenter.az