Daha bir mobil cihaz partladı – “Galaxy S7 Edge” …

Daha bir mobil cihaz partladı – “Galaxy S7 Edge” …

“Samsung” şirkətinin istehsalı olan daha bir mobil cihazda partlayış qeydə alınıb.

ATV.az-ın məlumatına görə, ABŞ-da “Galaxy S7 Edge” model cihazının batareya hissəsində texniki nasazlıq baş verib. Ardınca isə cihaz partlayıb. Adı açıqlanmayan telefon sahibi bildirib ki, hadisə cihaz elektrik naqilinə qoşulu olarkən baş verib. Hadisə zamanı xəsarət alan olmasa da, partlayışın təsirindən ətrafa ziyan dəyib.

Qeyd edək ki, oxşar problem “Samsung”un digər modeli “Galaxy Note 7” cihazında da yaşanıb. Bu üzdən Note 7 cihazlarının istehsalı müvəqqəti dayandırılıb.

Mənbə: feed.az