O, 20 oğlanla sevgili oldu – Hərəsinə bir telefon aldırdı, satıb ev aldı…

O, 20 oğlanla sevgili oldu – Hərəsinə bir telefon aldırdı, satıb ev aldı…

Çində bir qadın 20 fərqli sevgilisindən hədiyyə aldığı “İPhone 7” mobil telefonlarını sataraq özünə ev alıb.

ATV.az-ın məlumatına görə, “Şaoli” saxta adından istifadə edən xanım sevgililərindən ona telefon hədiyyə almasını xahiş edib. Kişilərin hamısı onun xahişini yerinə yetirib.

Telefonları əldə edən çinli, mobil cihazları internet vasitəsi ilə təqribən 20 min dollar qarşılığında satıb. Bu vəsaitlə yeni mənzili üçün ilkin ödəniş edən qadın, çoxdan arzuladığı evə sahib olub.

Qeyd edək ki, məsələ ictimailəşəndən sonra telefon şirkəti faktı təsdiqləyib.


Mənbə: feed.az