Çətin İnsanlarla Necə Ünsiyyət Quraq?

Çətin İnsanlarla Necə Ünsiyyət Quraq?

Elə insanlar var ki, onlarla ünsiyyətdə çətinlik çəkirik. Sizə ünsiyyət qurulması ən çətin 5 insan tipi ilə ünsiyyət yollarını təqdim edirik, diqqətlə dinləyin. Əminəm ki, sizə kömək olacaq.

1. Aqressiv insanlar var. Aqressiv davranışlar içində olan. Sakit şəkildə özünüzü ifadə edin və sizə qarşı olan aqressiv hərəkətlərə əmin bir şəkildə qarşılıq verin.

2. Hər şeyi bilənlər. Belə insanlar mübarizə apararkən yaxşı hazırlaşmaq lazımdır. Əksinə qabiliyyətini tərifləyin. Lazım olanda səhvlərini üzə çıxaracaq suallar verməkdən də çəkinməyin, ürəkli olun.

3. Şikayətçi insanlarla da günümüzdə az-çox qarşılaşırıq. Onlar heç kimə etibar etmirlər. Özlərinə qarşı inam hissi də çox deyildir. Özlərinə qarşı yarımçıq olan etibarlarını gizləmək üçün istəksiz, hər şeydən və hər kəsdən şikayət edən davranışları olur. Bu insanlara “başqalarının görmədiklərini görürsən” kimi, onların etimadlarını artıracaq sözlərlə yanaşın. Qulaq asın ancaq heç vaxt mübahisə etməyin. Ona qarşı müdafiəsiz davranmayın.

4. Haqsızlıqla qarşılaşanlar. Yaxşı qulaq asın və onu başa düşdüyünüzü göstərin. Sonra diqqətinizi cəmləşdirərək onu dəyişikliyə motivə edin.

5. Gizli hücum edənlərə qarşı nə qədər geri çəkilsəniz o qədər də sizin üzərinizə gəlməyi xoşlayırlar. Geri çəkilməyin. Zarafata salın.


Mənbə: news.cvcenter.az