Bu selfidən sonra öldü

Bu selfidən sonra öldü

Amerikalı playboy modeli Kati May İnstagram-ın ən fəal üzvlərindən biri idi.

Vakansim.az milliyet-ə istinadən bildirir ki, 34 yaşlı model, fevral ayında Los-Ancelesdə çəkdirdiyi selfi zamanı boynunu ağrıdığını hiss edib. Cazibədar model boyun ağrısı səbəbiylə həkimə getməli olub. Həkim playboy gözəlinin boynunu masaj etdikdən çox keçməmiş Kati May dünyasını dəyişib.

Ailəsi Mayın ani ölümündən şübhələnərək cəsədini ekspertizaya göndərib. Ötən gün ekspertizanın nəticəsi açıqlanıb. Məlum olub ki, həkim masaj zamanı arteriya damarını zədələyib. Beyinə qan getmədiyi üçün məşhur model həyatını itirib.

Mənbə: feed.az