Biznes etiketləri nə üçün vacibdir?

Biznes etiketləri nə üçün vacibdir?

Yaxşı biznes etiketləri sizin biznesinizə bir addım irəli getməyə kömək edə bilər. Eyni zamanda yüksək davranış normaları biznes sahiblərini və işçilərini xarici və daxili konfliktlərdən uzaq tutur. Biznes etiket qaydalarına əməl edən şəxslər hər kəsə hörmətlə yanaşır və bütün əlaqələrində yaxşı davranışlar göstərir.

Güclü əlaqələr qurur.

Peşəkar davranışlar menecerlər, işçilər və müştərilər arasında güclü əlaqələrin yaranmasına kömək edir, çünki müvafiq etiketlər hər kəslə dürüst və ədalətli münasibətlərin yaranmasına səbəb olur. İnsanlar öz biznes münasibətlərində dürüstlüyü yüksək qiymətləndirirlər. Əgər menecer etdiyi səhvi örtmək əvəzinə müştəriyə qarşı dürüst olarsa,müştəri menecerə qarşı daha çox hörmət və güvən hiss edər. İnsanlar yaxşı davranış normalarına malik olan insanlarla daha çox ünsiyyətdə olur və əsasən elə insanlardan alış-veriş edirlər. Biznes sahibləri işçilərindən etiket qaydalarına əməl etməyi tələb etməli və özləri nümunə olmalıdırlar.

Müsbət atmosfer yaradır.

Yaxşı biznes etiketləri yaxşı iş mühitini möhkəmlədir. Rəhbərlik və işçilər bir-birilərinə hörmət və həssaslıqla davrandıqda, müsbət iş atmosferi yaranır. Məsələn,rəhbərlik işçilərə iş səylərinə görə minnətdarlığı bildirmək üçün vaxt ayırarsa, bu iş yerini daha cana yaxın edər. İşçilər özlərini nə qədər rahat hiss etsələr, onlar daha səmərəli çalışar, komanda yoldaşı kimi daha yaxşı işləyər və məhsulun istehsalına və satışına optimist münasibət bəsləyər. Heyətdə bir nəfərin etiket qaydalarına əməl etməməsi bütün şirkətdə iş mühitinin yox olmasına səbəb ola bilər.

Özünə inamı əks etdirir.

Yaxşı biznes etiketləri özünə inamı göstərir. Çünki,insanlar harada nəyi deyəcəyini və necə deyəcəyini bilirlər.Məsələn, işçi narahat müştəri ilə məşğul olduqda, müştərini xüsusi ofis və ya yerə aparıb, müştəri ilə sakit və hörmətlə danışa və narahatlığına diqqətlə qulaq asa bilər.Beləliklə, müştəri rahatlaşar və biznes etiketlərindən müvəffəqiyyətlə istifadə edib vəziyyəti ələ alan işçiyə daha yaxşı münasibət bəsləyər. İnamlı yanaşma şirkətin bazarına kömək edir. İnam həmçinin işçilərin əhvalını yüksəldir.

Anlaşılmazlıqların qarşısını alır.

Şirkətinizdə biznes etiketlərinin ciddiyə alınması anlaşılmazlıqları aradan qaldırar. Çünki etiketlər hər kəsdən başqalarına qarşı peşəkarcasına davranmağı, açıq və dürüst ünsiyyət yaratmağı tələb edir. Məsələn, işçilərlə daima peşəkar səviyyədə danışan menecer yersiz irad edilməsindən qorxmaz. İşdə qeyri-işgüzar zarafatlara yol verən isə çıxılmaz vəziyyətə düşər və eyni zamanda işçilərin özlərini narahat hiss etməsinə səbəb ola bilər.

Mənbə: news.cvcenter.az