20-li yaşlarında olan hər azərbaycanlı gəncin görməli olduğu 10 yer

Bu şəhərləri bacardıqca 20’li yaşlarınızda gəzməli olduğunuzu düşünürük.

1. Tbilisi

10126015-0-c6bc3ebe0534bd2210d4f65b1d121305[1>

Tbilisi yavaş-yavaş Qafqazın əyləncə mərkəzinə çevrilməyə davam edir. Gözəl mətbəxi, keyfiyyətli içkiləri qısa və ucuz tətil üçün azərbaycanlıların rahat getdiyi yerlərin başında gəlir. 20-li yaşlarında olan hər gəncin ən az bir dəfə getməli olduğu şəhərlərdən biridir. Tarixi şəhər olması, təbiətinin möhtəşəmliyi ilə yanaşı həm də çox rəngarəng gecə həyatı var.

2. İstanbul

10126015-1-c6bc3ebe0534bd2210d4f65b1d121305[1>

İstanbul şübhəsiz ki, dünyanın ən gözəl şəhərlərindən biridir. Şərq və Qərb mədəniyyətinin ən gözəl harmoniyasının olduğu şəhərin muzeylərini, küçələrini, möhtəşəm “boğaz” mənzərəsini hər kəs mütləq görməlidir. İçki və gecə həyatının baha olması problem olsa da, İstanbul başqa yönləri ilə hər kəsi özünə cəlb edir.

3. Təbriz

10126015-2-c6bc3ebe0534bd2210d4f65b1d121305[1>

Təbriz Bakıdan sonra ən çox azərbaycanlının yaşadığı ikinci şəhərdir. Eyni dil və milliyyətə sahib olsaq da, fərqli tarixi yol keçdiyimizı görə, bir-birimizdən çox fərqlənirik. Sadəcə bu faktın özü dəTəbrizə səyahət etmək üçün güclü səbəbdir.

Bundan başqa zəngin İran mətbəxi, yaşıl parkları ilə məsafə olaraq Bakıya Tiflisdən belə yaxın olan Təbrizi mütləq görülməli yerlər siyahısına əlavə etdik.

4. Kiyev


10126015-3-c6bc3ebe0534bd2210d4f65b1d121305[1>

Kiyev azərbaycanlı gənclər üçün limtisiz içki və gözəlliklərin şəhəridir. Hər il fərqli ölkələrdən insanlarının Ukrayna şəhərlərinə axmasının səbəbi də boşuna deyil. Gecə klubları ilə gənclərin əvəzedilməz şəhərlərindən biridir. Ukraynada Lvov, Odessa və Kiyev arasında seçim etməyə çalışsaq da, son anda paytaxt da qərarlaşdıq.

5. Sankt-Peterburq

10126015-4-c6bc3ebe0534bd2210d4f65b1d121305[1>

Rusiyanın ən gözəl şəhəri desək yəqin ki, Moskvaya ayıb olmaz. Təkcə Ermitaj muzeyi belə bu şəhərə getmək üçün kifayət edəcək səbəbdir. Qış aylarınən ən gözəl keçdiyi şəhərə mütləq səyahət edin.

6. Berlin

10126015-5-5d3a779bfae355aa0912b154855b75a9[1>

Ötən əsrdə ikiqütblü Avropanın toqquşduğu şəhər – Berlin. Berlin əslində bir neçə özəlliyinə görə Avropanın fərqli adlar alıb. Həm fərqli millətlərin birlikdə yaşaması, gənclərin paytaxtı olması və daha da əsası gecə həyatına görə 20-li yaşlarında olan hər kəs üçün cazibə mərkəzidir.

7. Dubrovnik

10126015-6-5d3a779bfae355aa0912b154855b75a9[1>

Balkan ölkələrinin hər biri təbiəti və möhtəşəm plajları ilə gəzməli yerlərdir. Ancaq 20 yaşlarında olanlar üçün yayda Dubrovnik tamam başqa olur. Hər yay burda ən az bir neçə musiqi festivalları keçirilir.

8. Budapeşt

Şərqi Avropanın digər şəhəri. Əslində tursitik şəhərləri çox da izaha ehtiyacı yoxdur. Ancaq Budapeşti xüsusi olaraq gənc yaşlarda görüləsi yerlərdən biridir.

9. Praqa

10126015-8-5d3a779bfae355aa0912b154855b75a9[1>

Şərqi Avropanın “Amsterdam”ı dünyada ən çox spirtli içkinin içildiyi şəhərdir. Memari quruluşu, tarixi küçələri ilə sehirli şəhər görüləsi yerlərin başında gəlir.

10. Şəki!

10126015-9-5d3a779bfae355aa0912b154855b75a9[1>

Və son olaraq – Şəki. Azərbaycanın ən gözəl yerlərindən biridir. Dostlarınızla yeyib-içmək bir neçə günlük getməyi gələcək planlarınıza mütləq salın. Təmiz dağ havası, gözəl təbiəti və tarixi mərkəzi Şəkini Qafqazın ən gözəl şəhərlərindən biri edir.

11. BONUS! AMSTERDAM

10126015-10-01af4d684ede84587f487104ebc09d0b[1>

Daha səbəbini də özünüz tapın.