Şirkət haqqında

Şəhər: Bakı, Azerbaijan

GRBS® xidmət göstərdiyi sahələr üzrə regional lider və innovator təşkilatıdır və fəaliyyətinin əsas istiqaməti təhsil sahəsində olduğunu nəzərə alaraq GRBS aparıcı Beynəlxalq Tədris Mərkəzidir.

2004-cü ildə yaradılan GRBS bu gün şirkətlər qrupu kimi fəaliyyət göstərir və 12 törəmə şirkətdən ibarətdir: GRBS, Fa-Noy, Psytech Azerbaijan, International Education, Advocatus International, International Training Center, International Examination Center, International Attestation Services, International Professional Qualifications, Dragon Fighter Mixed Martial Arts Sport Club, FastFood International və Bakı Beynəlxalq Peşə Məktəbi.

2007-ci ildən etibarən şirkələr qrupu biznes idarəetmənin hər bir prosesində UKAS tərəfindən akkreditə olunmuş ISO 9001:2008 beynəlxalq standartlı keyfiyyət idarəetmə sistemini tətbiq edir.

GRBS Azərbaycanda yeganə brenddir ki, özündə aşagıdakı nəhəng beynəlxalq təşkilatların akkreditasiyalarını birləşdirir: ACCA (Association of Chartered Certified Accountants, UK), CIMA (Chartered Institute of Management Accountants, UK), IDP (International Development Programme, Australia), NCC Education (UK), NEBOSH (National Examination Board in Occupational Safety and Health, UK), PMI (Project Management Institute, US) və University of Cambridge (UK).

Beynəlxalq akkreditasıyalar sayına əsasən GRBS dünyanın aparıcı 5 təşkilatlarına daxildir və post-sovet ölkələr arasında birinci yer tutur.